Bu günün tarixi, tarixin bu günü

E.ə.106 - Roma sərkərdəsi Pompey anadan olub. (ö. E.ə.48)

E.ə.48 - Roma sərkərdəsi Pompey Misirdə qətlə yetirilib (d. E.ə.106).

1515 - Fransa və İsveçrə arasında əbədi sülh bağlanmışdır.

1547 - ispan yazıçısı, məşhur "Don Kixot" əsərinin müəllifi Mişel de Servantes anadan olub.

1650 - Henri Robinson Londonda dünyanın ilk nikah agentliyini açmışdır.

1833 - azərbaycanlı şair, rəssam, xəttat və musiqişünas Mir Möhsün Nəvvab anadan olub. (ö. 1918).

1887 - Alman ixtiraçı Emil Berliner tərəfindən qramofon üçün ilk patent alınmışdır.

1901 - italyan əsilli ABŞ fiziki, "Nobel" mükafatı laureatı Enriko Fermi anadan olub.

1902 - fransız yazıçı Emil Zolya vəfat edib.

1911 - İtaliya ilə Osmanlı İmperiyası arasında Tripoli muharibəsi başlanmışdır.

1916 - Con Rokfeller "Standart oil" şirkətinin əsasını qoymuşdur.

1919 - Bakı Dövlət Universiteti təsis edilmişdir.

1923 - Fələstində ingilis mandatı rəsmən həyata keçirilmişdir.

1936 - italyan dövlət xadimi Silvio Berluskoni anadan olub.

1939 - Polşa əsgərləri geri çəkilmiş və Varşava almanlara təslim olmuşdur.

1943 - Polşa prezidenti, "Solidarnost" hərəkatının lideri Lex Valensa anadan olub.

1943 - Tokio məhkəməsi sovet kəşfiyyatçısı Rixard Zorge haqqında ölüm hökmü çıxarır.

1951 - Yupiterin 12-ci peyki kəşf olunur.

1958 - Fransada beşinci respublika qurulur.

1967 - amerikalı yazıçı Karson Mak Kullerz vəfat edib.

1971 - SSRİ "Luna- 19" kosmik peykini orbitə buraxır.

1991 - Haitidə növbəti dövlət çevrilişi baş verir.

1991 - Azərbaycan Respublikasının Müdafiə Şurasının yaradılması barədə fərman verilib. Ermənistanın hərbi təcavüzünün genişləndiyi bir vaxtda ordu quruculuğuna real şərait yaratmayan prezident A.Mütəllibov Müdafiə Şurasında müxalifət təmsilçilərinə də yer ayırmaqla əslində siyasi məqsədlər güdürdü. Nəticədə ordu quruculuğuna heç bir töhfə verməyən və iqtidarla müxalifətin qarşılıqlı intriqa meydanına çevrilən qurum bir neçə aydan sonra ləğv edildi.

1994 - Azərbaycan prezidenti Heydər Əliyev ilk dəfə BMT Baş Assambleyasında çıxış edib. Prezident Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi barədə dünya birliyinə məlumat verərək BMT-ni bu işğalçılığı dayandırmağa çağırıb. - Həmin gün Bakıda parlamentin vitse-spikeri Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi, polkovnik Şəmsi Rəhimov qətlə yetiriliblər. Hadisə ilə bağlı Nyu-Yorkda bəyanat verən Heydər Əliyev terror aktının Azərbaycanın dövlətçiliyi əleyhinə yönəldiyini, lakin dövlətin bu təhdidlərdən sarsılmayacağını bildirib.

2001 - Bakıda prezidentlər Heydər Əliyev və Eduard Şevardnadzenin görüşündə Azərbaycanla Gürcüstan arasında "Şahdəniz" qazının tranzitinə (Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi) dair saziş imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə