Davudoğlu BMT-də Qarabağdan danışdı

Davudoğlu BMT-də Qarabağdan danışdı

BMT-nin Baş Assambleyasının 67-ci sessiyasında Türkiyəni təmsil edən bu ölkənin Xarici işlər Naziri Əhməd Davudoğlu Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Türkiyəli nazir öz çıxışında münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

"Hər dəfə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll yolunun tapılmasına ehtiyac olduğu barədə danışırıq. Lakin son 20 il ərzində bu istiqamətdə hər hansı bir konkret addım atılmayıb".

Əhməd Davudoğlu həmçinin Suriyada vəziyyət, Myanma, Fələstin və Kipr məsələləri barədə BMT baş Assambleyasının iclasında Türkiyənin mövqeyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə