Hərbi təcavüz şəraitində informasiya siyasəti

Hərbi təcavüz şəraitində informasiya siyasəti

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən "Ermənistanın Azərbaycana hərbi təcavüzü şəraitində informasiya siyasəti" mövzusunda seminarlar keçirilib. SİA-nın xəbərinə görə, seminarda Azərbaycan və Bakı Avrasiya universitetlərinin tələbələrinin və ekspertlər iştirak edib.

Tədbirdə Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılmış, bu beynəlxalq cinayət barədə həqiqəti əks etdirən məlumatların mediada, xüsusən İnternetdə yayılmasının əhəmiyyəti vurğulanıb. Problemin meydana gəldiyi dövrdən bu günə qədər onun mahiyyətini etnik və dini faktorlar deyil, məhz əsassız ərazi iddiaları, sərhədlərin pozulması kimi beynəlxalq hüquqi faktorların təşkil etdiyi, ona görə də problemin jurnalistlər tərəfindən dəqiq mənimsənilməsi və beynəlxalq ictimaiyyətə düzgün təqdim olunmasının zəruriliyi bildirilib. Eyni zamanda, ölkəmizdə "informasiya müharibəsi" üzrə ixtisaslaşmış "xüsusi təyinatlılar" qismində əsasən jurnalistlərin çıxış etdiyi qeyd olunaraq, müasir KİV-də və kiber-məkanda media nümayəndələri üçün xüsusi bilik, baçarıq və ehtiyatlı yanaşmanın nümayiş etdirilməsinin mühümlüyü diqqətə çatdırılıb.

Sonda seminar iştirakçılarına layihə çərçivəsində yenicə çapdan çıxmış "Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi" kitabı (dərs vəsaiti) paylanılmış, kursu uğurla başa vurmuş dinləyicilərə sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə