AİM Ermənistanın Azərbaycana hərbi təcavüzü şəraitində informasiya siyasəti ilə bağlı müzakirələr təşkil edib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən Azərbaycan və Bakı Avrasiya universitetlərinin tələbələrinin və ekspertlərin iştirakı ilə "Ali məktəblərdə jurnalistika təhsilinin və informasiya-kommunikasiya strategiyalarının inkişafına dair hüquqi təşəbbüslər" layihəsinin icrası çərçivəsində "Ermənistanın Azərbaycana hərbi təcavüzü şəraitində informasiya siyasəti" mövzusunda seminarlar keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb, bu beynəlxalq cinayət barədə həqiqəti əks etdirən məlumatların mediada, xüsusən internetdə yayılmasının əhəmiyyəti vurğulanıb. Problemin meydana gəldiyi dövrdən bu günə qədər onun mahiyyətini etnik və dini faktorlar deyil, məhz əsassız ərazi iddiaları, sərhədlərin pozulması kimi beynəlxalq hüquqi faktorların təşkil etdiyi, ona görə də problemin jurnalistlər tərəfindən dəqiq mənimsənilməsi və beynəlxalq ictimaiyyətə düzgün təqdim olunmasının zəruriliyi bildirib. Eyni zamanda, ölkəmizdə "informasiya müharibəsi" üzrə ixtisaslaşmış "xüsusi təyinatlılar" qismində əsasən jurnalistlərin çıxış etdiyi qeyd olunaraq, müasir KİV-də və kiber-məkanda media nümayəndələri üçün xüsusi bilik, baçarıq və ehtiyatlı yanaşmanın nümayiş etdirilməsinin mühümlüyü diqqətə çatdırılıb.
Sonda seminar iştirakçılarına layihə çərçivəsində yenicə çapdan çıxmış "Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi" kitabı (dərs vəsaiti) paylanılıb, kursu uğurla başa vurmuş dinləyicilərə sertifikatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB