Bu gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Şuradan SİA-ya verilən məlumat görə, MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin rəhbərlik etdiyi komissiyanın üzvləri gündəliyə 5 məsələ ilə bağlı müzakirələrin daxil olunmasına razılıq veriblər.
Toplantıda əvvəlcə Qazax şəhər sakini Şabəddin Qurbanovun "Təzə xəbər" qəzeti barədə müraciətinə baxılıb. Komisiya mətbu nəşrdən şikayət doğuran "Qazaxda Şabəddin Qurbanovun gizli əməlləri" (1 sentyabr 2012-ci il) sərlövhəli yazını və müvafiq sənədləri nəzərdən keçirərək bu qənaətə gəliblər ki, həmin nümunədə "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra prinsip və bəndlərinin tələblərinə sayğısız yanaşılıb. Belə ki, məqalədə balans gözlənilməyib. Buna və araşdırma aparılmasına cəhd edilməməsi qəzetin obyektivliyini şübhə altına alır.
Komissiya bildirib ki, qəzetin baş redaktoru Vəkil Rüstəmin imzası ilə Mətbuat Şurasına daxil olan cavab məktubunda qüsurlu məqalənin təqdimatı məsuliyyəti redaktorun üzərinə atılıb. Lakin həmin say birbaşa bunun həqiqətə uyğun olmadığını təsdiqləyir.
"Obyektiv fikir" qəzeti ilə bağlı məsələnin də həmin komissiyada müzakirəsi davam etdirələcək. Belə rəy Türkiyə Respublikasının vətəndaşı Muhsin Sarıhanın bu kütləvi informasiya vasitəsi barədə şikayəti araşdırılarkən çıxarılıb. MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına daha bir qəzetlə bağlı müraciətlərin də ünvanlanması barədə rəy qəbul edilib. Bu "Yeni istiqlal" qəzetidir. Oxucu Ədalət İmanovun bu mətbu nəşr barədə MŞ-yə müraciətlərində qəzetin baş redaktoru Tural Ələkbərovun peşə fəaliyyəti ilə bir araya sığmayan hallara yol verməsi və belə hərəkətlərdə qəzetin adından sui-istifadə etməsi göstərilib.
Qeyd edək ki, Quba rayon icra hakimiyyəti başçısının nümayəndəsi "Azadlıq" qəzeti ilə əlaqədar müraciətinin müzakirəsinə qatılmadığı üçün məsələ gündəlikdən çıxarılıb. Almaniya Federativ Respublikasının Bavariya diyarında yaşayan Süleyman Sətullayevin "yüksəliş. info" və "xeberle.com" xəbər portalları ilə əlaqədar şikayətinə isə komissiyanın növbəti toplantısında baxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB