Deputatın məsələsi Milli Məclisin iclasında

Deputatın məsələsi Milli Məclisin iclasında

Millət vəkili Gülər Əhmədova ilə bağlı video-qalmaqal Mlli Məclisin payız sessiyasının iclasında müzakirə ediləcək. SİA-nın xəbərinə görə, oktyabrın 1-də keçiriləcək iclasda deputatlar ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev tərəfindən yayılan və cəmiyyətdə ciddi rezonans doğuran məsələyə öz münasibətlərini açıqlayacaqlar. Hətta iclasda bir sıra deputatların məsələni pisləyən kəskin çıxışlar edəcəyi nəzərdə tutulur. Burada Gülər Əhmədovanın deputat toxunulmazlığı da elə həmin iclasda ləğv ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu madddəsinə əsasən, deputat cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda o, mandatdan məhrum edilir. Konstitusiyanın 90-cı maddəsində göstərilib ki, Milli Məclisin deputatının toxunulmazlığına Baş prokurorun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə