“Türkiyə həftəsi” Naxçıvanda yekunlaşdı

“Türkiyə həftəsi” Naxçıvanda yekunlaşdı

Azərbaycanda keçirilən "Türkiyə həftəsi" Naxçıvanda yekunlaşdı

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunan "Azərbaycanda Türkiyə Həftəsi" Naxçıvanda davam edib. "Azərbaycanda Türkiyə həftəsi" çərçivəsində Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Dr. Fərhad Məmmədov, aparıcı elmi işçisi, Türkiyə üzrə koordinator Cavid Vəliyev, elmi işçi Şahmar Hacıyev, Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Murat Yeşiltaş, İstanbul Şəhər Universitetinin müəllimi Müzəffər Şenəl, Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Türkan Dağdevirəndən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdə olublar.

Səfər zamanı nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində "Türkiyə-Azərbaycan Münasibətləri: Reallıqlar və Perspektivlər" mövzusunda konfransda iştirak ediblər. SAM-ın direktoru Fərhad Məmmədov "Türkiyə-Azərbaycan Əlaqələri", Murat Yeşiltaş "Yaxın Şərqdə cərəyan edən hadisələr və Türkiyə Xarici Siyasəti", Cavid Vəliyev "Türkiyə-Azərbaycan Münasibətləri Regional Konteksdə", Müzəffər Şenəl "Türkiyə-Avropa İttifaqı Əlaqələri" mövzularında məruzələr etmişlər. Daha sonra məruzəçilər Naxçıvan Dövlət universitetinin müəllim və tələbə heyətinin suallarını cavablandırıblar.

Səfər Naxçıvanın tarixi-mədəni abidələrinin ziyarəti və Türkiyənin Naxçıvandakı Baş Konsulu Cenk Ünall tərəfindən verilən şam yeməyi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə