IDEA Kampaniyası ölkə daxilində həyata keçirdiyi irimiqyaslı layihələrlə yanaşı öz fəaliyyətini beynəlxalq səviyyədə də həyata keçirir və müntəzəm olaraq ölkə xaricində baş tutan ekoloji tədbirlərdə iştirak edir. SİA-nın xəbərinə görə, beynəlxalq fəaliyyətin növbəti addımı kimi Kampaniya Litvada keçirilən Beynəlxalq Ekoloji forumda təmsil olunur.
Sentyabr ayının 27-28 tarixində Litvanin Druskininkai şəhərində "Tullantıların idarə edilməsi"nə dair ənənəvi illik ekoloji forum keçirilir. Azərbaycan ilk dəfə olaraq bu il, IDEA Kampaniyası və Azərbaycanın Litvadaki səfirliyinin dəstəyi ilə qeyd olunan beynəlxalq forumda iştirak edir. Qeyd olunan 2 gün ərzində beynəlxalq forum Avropada tullantıların idarə edilməsi sahəsində hökumət və qeyri-hökumət təşkilatlarının təcrübəsi, habelə bu proseslərdə gənclərin rolu haqda fikir mübadiləsi aparılacaq. IDEA Kampaniyasının layihələr üzrə meneceri Ramiz Babayev Kampaniyanın iştirakçılara təqdimatını çatdırıb və forumun mövzu istiqamətləri üzrə aparılan müzakirələrə öz tövhəsini verib.
Həmçinin, IDEA Kampaniyası ilə yanaşı Azərbaycandan tədbirdə iştirak edən "Tamiz Shahar" ASC-nin layihələrin idarə edilməsi şöbəsinin müdiri Oqtay Məmmədov tədbir iştirakçılarına Bakıda tullantıların idarə edilməsinə dair aparılan uğurlu dövlət siyasəti və icra edilən layihələr haqqında məlumatlandırıb. Bundan əlavə olaraq IDEA Kampaniyasının Litva nümayəndəliyinin təşkilatçılığı ilə Litva və Azərbaycanı təmsil edən ekoloji təşkilatların nümayəndələri ilə gələcək iş birliyinin perspektivləri və əsas istiqamətləri müzakirə ediblər.
Qeyd edək ki, IDEA Kampaniyası 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB