Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə Respublikanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimayyətin fəalları üçün 1-2 oktyabr 2012-ci ildə Oğuz şəhərində "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda seminar-treninq keçirəcək. Qurumdan SİA-ya verilən məlumata görə, dövlət-din münasibətlərinin daha effektiv səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, eləcə də dini icmaların radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçiriləcək seminar-treninqin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, digər rəsmi şəxslər ölkə ictimayətinin, elmi dairələrin nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, seminar-treninqdə respublikanın 7 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayədənin iştirakı və tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB