YAP: Gülər Əhmədova heç vaxt Siyasi Şuranın üzvü olmayıb

YAP: Gülər Əhmədova heç vaxt Siyasi Şuranın üzvü olmayıb

Son günlər bəzi mətbuat orqanlarında gedən yazılarda Gülər Əhmədova Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü kimi təqdim olunur. SİA bununla bağlı Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevlə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib. H.Paşayev bildirib ki, Gülər Əhmədova yalnız YAP-ın siravi üzvü olub və heç vaxt Siyasi Şuranın üzvü kimi fəaliyyət göstərməyib.

Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, həmin mətbu orqanlar Gülər Əhmədovanı və yaxud başqa birisini YAP-ın İdarə Heyətinin, Siyasi Şurasının üzvü kimi təqdim etməzdən əvvəl partiyanın rəsmi saytına daxil olub qurultay tərəfindən təsdiq olunan siyahıda dəqiqləşdirə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə