1 oktyabr- Beynəlxalq Ahıllar Günü münasibətilə Bilgəh Müharibə və Əmək Əlilləri Mərkəzində bayram tədbiri keçirilib. SİA-nın xəbərinə görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəsi müavini Aydın Yusifov tədbirdə çıxışında ahılları salamlayıb, bayram münasibəti ilə təbrik edib və uzun ömür, can sağlığı arzulayıb.
Tədbirdə ahıllarla bərabər BŞGİBİ-nin nümayəndələri, müğənnilər və media nümayəndələri iştirak edib.
Qeyd edək ki, tədbirdə "Bəyaz Gecələr" Yaradıcılıq Mərkəzinə rəhbərlik edən, müğənni Səyyad Əlizadə öz ansamblı ilə birgə çıxış edib. Bununla yanaşı digər müğənnilər də sevilən mahnılarını ifa ediblər.
Hazırda tədbir davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB