Həmsədrlərin diqqətinə çatdırılıb ki...

Həmsədrlərin diqqətinə çatdırılıb ki...

"Ermənistan "status-kvo"nun saxlanması üçün bütün hiylə və bəhanələrə əl atır"

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində sentyabrın 27-də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan Silahlı Qüvvələrinin hələ də çıxarılmaması nəticəsində rəsmi İrəvanın birbaşa günahı ucbatından yaranmış durğunluq vəziyyəti müzakirə edilib.

"Ermənistan tərəfi "status-kvo"nun saxlanması üçün bütün hiylə və bəhanələrə əl atır. Həmsədrlər öz ölkələrinin prezidentlərinin verdiyi bəyanatları bir daha təsdiq edərək, hazırkı "status-kvo"nun qəbul edilməz olduğunu vurğulayıblar, - bəyanatda deyilir.

E.Məmmədyarov həmsədrlərin bir daha diqqətinə çatdırıb ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qaldığı müddətdə regionda sülh, təhlükəsizlik və sabitlik təhdid altında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə