Millət vəkili Gülər Əhmədovanın insult keçirməsi xəbəri təsdiqlənib. SİA-nın məlumatına görə, millət vəkilinin qardaşı, teleaparıcı İlqar Mikayıloğlu bu xəbəri təsdiqləyib. Onun sözlərinə görə, G.Əhmədovanın vəziyyəti gecə saatlarında pisləşib: "Gülər xanım sadəcə baxır. Heç nəyə reaksiya vermir. Hazırda anam yanındadır. Həkimlər gələndə mən efirim olduğundan çıxmaq məcburiyyətində qaldım. Dəqiq diaqnoz bu gün aparılacaq müayinələrdən sonra bəlli olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB