Yeni mərhələyə start verildi

"İRƏLİ" İctimai Birliyi tədris ilinin başlanılması ilə yeni layihələrə start verir. Layihələrin əksəriyyəti "İRƏLİ" daxilində fəaliyyət göstərən mərkəz və klublar tərəfindən həyata keçiriləcək. İctimai Birlikdən SİA-ya verilən məlumat görə, "İRƏLİ" İqtisad Mərkəzinin rəhbəri Bəhman Hüseynli tədris ilinin başlanması ilə əlaqədar yeni layihələrə start verəcəklərini bildirib:"İRƏLİ" İqtisad Mərkəzinin strategiyasına əsasən, təşkil olunacaq tədbirlər təlim, seminar və diskussiya formasında olacaq. İqtisad Mərkəzi yaxın günlərdə maliyyə təlimlərinə başlayacaq. Eyni zamanda "Marketinq Akademiyası" layihəsinin davamı planlaşdırılır. Təlimlərdə ixtisasından asılı olmayaraq hər bir gənc iştirak edə bilər. Bundan başqa gəncləri maraqlandıran iqtisadi mövzularla əlaqədar diskussiyalar keçirmək də planlaşdırılıb".

Bəhman Hüseynli qeyd edib ki, mərkəzin fəaliyyəti yalnız bunlarla məhdudlaşmayacaq:"İqtisad Mərkəzi "İqtisadi Hüquq" adlı yeni bir layihəyə də start verəcək. "İqtisadi Hüquq" ilə əlaqədar layihəni Azərbaycanda ilk dəfə biz təşkil edəcəyik. Bundan əlavə, iqtisadiyyatın bütün sahə və istiqamətləri üzrə gənclər üçün müxtəlif mövzularda ödənişsiz təlimlər təşkil olunacaq. Bu cür təlimlər gənclərin dünyagörüşünün artmasına və biliklərinin möhkəmləndiriliməsinə kömək edəcək".

Qeyd edək ki, "İRƏLİ" İqtisad Mərkəzi 2012-ci ildə yaradılıb və əsas məqsədi iqtisadiyyatın müxtəlif sahə və istiqamətləri üzrə peşəkar iqtisadçı kadrların hazırlanmasına dəstək vermək, müasir formatda seminar və təlimlər keçirməklə iqtisadi bilikləri daha yaxından mənimsətmək, iqtisadçı gənclərin müasir iqtisadi biliklərə yiyələnməsi, gələcəkdə daha yaxşı karyera qurmalarına kömək və savadlı iqtisadçı olmaları üçün iqtisadi biliklərinin təkmilləşdirilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə