Millət vəkili Qənirə Paşayeva AŞPA-nın seçkiləri müşahidə missiyasının üzvü kimi Gürcüstana səfər edib. SİA-nın məlumatına görə, Milli Məclisin deputatı Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyasının tərkibində sentyabrın 28-dən oktyabrın 2-dək Gürcüstanda səfərdə olacaq.
Müşahidə missiyasının üzvləri oktyabrın 1-də Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək, bununla bağlı sənəd hazırlayaraq Avropa Şurasının müvafiq qurumlarına təqdim edəcəklər.
Qeyd edək ki, missiya üzvlərinin seçkiləri müşahidə edəcək QHT və KİV nümayəndələri ilə də görüşləri nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB