Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, axşama doğru şimal-qərb küləyi mülayimləşəcək. Havanın temperaturu gecə 17-20, gündüz 22-25 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz: Sentyabrın 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasında hava şəraitinin qısa müddətə dəyişkənliyini bəzi meteohəssas insanlar hiss etsə də, 28-i gündüz və 29-da xəzridən sonra oksigenlə daha zəngin, təmiz, mülayim payız havası meteohəssas insanlar üçün əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB