Bakıda işıqlar niyə kəsilib?

Bu gün səhər saat 06.40 radələrində paytaxt Bakı da daxil olmaqla respublikanın bir sıra rayon və şəhərləri işıqsız qalıb. Buna səbəb Azərbaycanda böyük elektrik stansiyasının ildırım vurması olub. Bu barədə ANS PRESS-ə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından mühafizə hissəsindən bildiriblər.

Məlumata görə, dünən qeyri-sabit hava şəraiti ilə əlaqədar Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasının elektrik paylayıcı yarımstansiyasını ildırım vurub və İES-in bir neçə bloku sıradan çıxıb.

Hadisə nəticəsində İES-də qısamüddətli yanğın da baş verib. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb. Hazırda İES-in işinin bərpa olunması istiqamətində işlər davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə