Gəncədə köhnə taksilərin yeniləri ilə əvəzlənməsi prosesinə hazırlıq işləri artıq yekunlaşıb. Bu barədə SİA-nın bölgə müxbirinə Dövlət Avtomobil Xidmətinin Gəncə şəhər şöbəsinin rəisi Xanoğlan Qasımov məlumat verib.
Onun sözlərinə görə, artıq yaxın müddətdə 500 ədəd yeni taksilərin Gəncəyə gətirilməsi nəzərdə tutulur. Hələlik hansı model taksilərin şəhərin sərnişin daşınmasında xidmət göstərəcəyi tam aydınlaşmasa da ilkin məlumatlara əsasən, "London" markalı taksilərin gətirilməsi gündəmdədir. Beləliklə, ömrünü başa vuran sovet istehsalı olan minik avtomobilləri taksi fəaliyyətindən uzaqlaşdırılacaq. Müsahibimizin sözlərinə görə, yeni avtomobillərin gətirilməsi ilə taksi fəaliyyəti ilə məşğul olan sürücülərin də lisensiya ödənişlərinə cəlb olunması təmin olunacaq.
Hazırıda Gəncə şəhərində mindən artıq taksi qeydiyyata alınıb. Ancaq taksilərin dövlət rüsumuna cəlb olunmasında problemlər qalmaqdadır. Dəfələrlə monitorinqlər aparılsa da istənilən nəticə əldə edilmir. Üstəlik qanun pozuntusuna yol verən taksi sürücüləri 50 manat cərimə olunur.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB