"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı azərbaycanlı gənclərin də iştirak etdiyi Gürcüstanda keçirilən beynəlxalq tədbirin həyata keçirilməsini təşkil edir. Gürcüstanın Çakvi şəhərində Qara Dəniz ölkələrinin iştirakı ilə Qara Dəniz Gənc Diplomatlar Məktəbinin fəaliyyətinə start verilib. SİA-nın məlumatına görə, 23-30 sentyabr tarixləri arasında keçiriləcək tədbirdə Gürcüstanın tanınmış siyasi xadimlərinin rəhbərliyi ilə seminar və treninqlərin keçirilməsi planlaşdırılır. Gürcüstanda ikinci dəfə həyata keçirilən bu tədbir hüquq, beynəlxalq münasibətlər və politologiya ixtisası üzrə təhsil alan gənclərin biliklərinin təkmilləşdirilməsini nəzərdə tutur. Tədbirin iştirakçıları Ukrayna, Rusiya, Türkiyə, Bolqarıstan, Rumıniya,Gürcüstan və Azərbaycandır. Tiflis Dövlət Universiteti, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı və Gürcüstanın Prezident Administrasiyasının dəstəyi ilə həyata keçirilən tədbirdə Azərbaycan dörd gənc nümayəndə ilə təmsil olunur.
Qeyd edək ki, bağlanış mərasimində Gürcüstan Prezidenti Mixail Saakaşvilinin də iştirak edəcəyi tədbir "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının dəstəyi və iştirakı ilə keçirilən ilk beynəlxalq tədbirdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB