ARGTMŞ “Pan-Afrika” ilə müqavilə imzaladı

ARGTMŞ “Pan-Afrika” ilə müqavilə imzaladı

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Afrika qitəsinin 55 ölkəsinin gənclər təşkilatını özündə birləşdirən "Pan-Afrika" Gənclər Birliyi arasında görüş keçirilib. SİA-nın məlumatına görə, ARGTMŞ-nin sədri Şahin Seyidzadə çıxışında bildirib ki, görüşün əsas məqsədi sözü gedən ölkələrin gənclər təşkilatları ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

"Pan-Afrika" Gənclər Birliyinin baş katibi Tendai Venyika isə çıxışında iki ölkənin gənclər təşkilatının əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımlardan bəhs edib. Görüşdə həmçinin ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması, inteqrasiya və digər məsələlər müzakirə edilib. Tədbirdə Azərbaycanla "Pan-Afrika" Gənclər Birliyi, həmçinin bu təşkilata daxil olan ölkələr arasında əməkdaşlıq perspektivlərindən söz açılıb.

Sonda ARGTMŞ ilə "Pan-Afrika" Gənclər Birliyi arasında Qarşılıqlı Əməkdaşlıq Haqqında Memorandum imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə