ATGTİ nəticələri elan etdi

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) cari ilin avqustunda elan etdiyi vakansiyaların nəticələrini artıq elan edib. Belə ki, təşkilatın tərkibini genişləndirmək, perspektivli gəncləri ittifaqın fəaliyyətinə cəlb etmək məqsədi ilə təşkilatdaxili müxtəlif vəzifələrə elan olunan vakansiyalar üzrə ümumilikdə 1500-ə yaxın müraciət daxil olub. ATGTİ-dən SİA-ya verilən məlumata görə, göndərdikləri CV-lərə əsasən seçilmiş 200-ə yaxın namizəd 2-ci mərhələdə ATGTİ-nin sədri Şahin İsmayilov və təşkilatın icraçı direktoru İradə Dadaşovanın iştirakı ilə müasibələrə dəvət olunublar. Yekun olaraq ATGTİ öz işçi heyətinə, işçi qruplarına seçilən namizədlər də daxil olmaqla, ümumilikdə 75 nəfər yeni gənc cəlb edib. ATGTİ-nin qərargahında qeydiyyatdan keçən gənclər könüllülük prinsipləri əsasənda ittifaqda aktiv fəaliyyətə başlayırlar.

Xatırladırıq ki, vakansiyalar ATGTİ-nin departamentlərinin (Elm və təhsil, Beynəxalq əlaqələr, İnformasiya texnologiyaları) direktorları, departamentlərin işçiləri, İşçi qruplarının rəhbərləri, təşkilatın davamlı layihələrinə koordinatorlar, ictimaiyyətlə əlaqələr şöbəsinə nümayəndələri və başqa vəzifələr üçün elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə