Fövqəladə Hallar Nazirliyinin (FHN) DYNX-nin Aran Regional Dövlət Yanğın Nəzarəti idarəsi Mingəçevir və Bərdə şəhərlərində yerləşən məktəb və liseylərdə təhsil işçilərinin rəhbərləri və şagirdlərin iştirakı ilə "Təhsil Müəssisələrində Yanğın Təhlükəsizliyi" mövzusunda tədbir keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, tədbirdə təhsil müəssisələrində yanğın təhlükəsizliyinin təmin olunması və bu məqsədlə qarşıda duran vəzifələr eyni zamanda gənclərdə həyat təhlükəsizliklərinin əsasları ilə bağlı məlumatların artırılması əsas müzakirə mövzusu olub. Seminar müşavirədə qaz və elektrik təsərrüfatlarında təhlükəsizlik qaydalarının pozulması, qaz cihazlarının nəzarətsiz qalması və onların istifadəsinin uşaqlara həvalə edilməsi, tüstü bacalarının işlək və təmiz olmaması kimi halların, yanğın, partlayış və zəhərlənmə kimi hallara səbəb olmasından danışılıb.
Təhsil müəssisələrinin ərazisinin daim təmiz vəziyyətdə olması, ilkin yanğınsöndürmə vasitələri, onların növləri, ən əsası istifadə olunması qaydaları şagird və müəllimlərə praktiki şəkildə izah olunub.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB