Edvard Nalbadyan həmsədrlərlə görüşüb

Edvard Nalbadyan həmsədrlərlə görüşüb

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

"Novosti Armeniya"nın verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair məsələlər müzakirə olunub.

Görüş zamanı həmsədrlər ölkələrinin münaqişəninsülh yolu ilə həllinə dair mövqelərini bir daha bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə