“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar getmir”

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar getmir”

Araz Əzimov konkret məsələləri həll etmək üçün aparılan müzakirə prosesinin hal-hazırda mümkün olmadığını bildirib

"Mən mətbuatda tez-tez Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "danışıqlar" ifadəsi ilə rastlaşıram. Amma danışıqlardan çoxdan söhbət getmir". Bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Onun sözlərinə görə, hərdən ayrı-ayrı vaxtlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən müxtəlif səviyyədə görüşlər keçirilsə də, konkret zaman çərçivəsində, gündəlik əsaslarda, eyni çərçivədə konkret məsələləri həll etmək üçün aparılan müzakirə prosesi hal-hazırda mümkün deyil. Ona görə də həmsədrlərin səfərləri təsirli ola bilməz".

O, qeyd edib ki, həmsədrlər Azərbaycana gəlib burda mövqeyi öyrənirlər, Ermənistana da gedirlər, sonra isə beynəlxalq təşkilatlar çərçivəsində - BMT-də, ATƏT-də görüş keçirib müzakirənin davam etdiyini deyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə