“Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi
Bu gün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyi tərəfindən "Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı" layihəsinin təqdimatı olub. SİA-nın məlumatına görə, tədbridə gənclərin dövlət siyasətində iştirakı, gənclərə aid qərarların qəbulu və gələcək planlar haqda müzakirə aparılıb.
Tədbirdə bir sıra qonaqlar iştirak edib. Çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev layihə haqqında öz fikirlərini bildirərək deyib ki, bu layihənin əsas məqsədi bacarıqlı gənclərə dövlət-idarəetmə sistemlərində yaxından iştirak etməyə şərait yaratmaqdır.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Fiktət Akçura isə Azərbaycanın nüfuzunun çoxunu təşkil edən gənclərlə çalışdığı üçün məmnunluğunu ifadə edib.
Layihənin rəhbəri Kəmalə Musayeva tədbir iştirakçılarına geniş məlumat verərək layihənin məqsədi haqqında danışıb: "Əsas məqsədimiz qərar qəbul etmədə gənclərin daha yaxından iştirakı və dövlət qulluğuna daha çox gəncin cəlb edilməsidir".
Qeyd edəki ki, layihə 2 komponentdən ibarətdir. "Liderliyin inkişafı" və " Dövlət qulluğunda təcrübə." Layihənin strateji əməkdaşı isə Gənclər və İdman Nazirliyidir.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB