Bu gün Polşa Respublikasının Azərbaycandakı Səfirliyi Azərbaycan Dövlət Sənaye və Energetika Nazirliyilə birgə "Greenevo" proqramının təqdimatını keçirib. Tədbirdə Polşa Respublikasının Azərbaycandakı səfiri Mixal Labenda, Azərbaycan Dövlət Sənaye və Energetika Nazirliyi Aparatının (ADSENA) rəhbəri Rasim Məmmədov və hər iki dövlətin sənaye və energetika sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələri iştirak edib. Proqram ətraf mühit keyfiyyətinin xarici bazara çıxarılmasını özündə əks etdirib.
Mixal Labenda Avropada baş verən iqtisadi böhrana baxmayaraq Polşa iqtisadiyyatının inkişaf etdiyini və Polşanın Azərbaycanla daha da möhkəmlənən əlaqələrindən danışıb: "Avropada yaranan böhran Polşaya demək olar ki, təsir etmədi. Ölkə "Yaşıl ada" fəaliyyətini davam etdirir. Bu seminarın keçirilməsində məqsəd Polşa və Azərbaycan arasında ətraf mühit barədə əməkdaşlığın daha da genişlənməsidir. İki ölkə ətraf mühitin inkişafı üçün mübarizə aparır. Bu isə ölkələrin bir-birinə nə dərəcədə oxşamasından xəbər verir". Səfir bu seminarın Bakıda ikinci dəfə keçirildiyini vuyrğulayıb və bu proqramla işləyən şirkətlərin inkişaf etdiyini deyib.
ADSENA-nın rəhbəri Rasim Məmmədov Azərbaycanın neft və qeyri-neft sektorunda ekoloji keyfiyyətlərin dəyişməməsinə nəzarət olunduğunu bildirib: "Azərbaycanda alternativ enerjidən istifadə etmək üçün böyük layihələr planlaşdırılır. Ekoloji tarazlığın yaranması və neft sənayesində atqıların azaldılması üçün layihələr həyata keçirilir. Bu layihələrdə "Yaşıl texnologiya"lardan istifadə olunur. Lakin hələdə enerjiyə qənaətedici texnologiyaların tətbiqinə ehtiyac var". R.Məmmədov həmçinin 2 ölkə arasında yaranan əməkdaşlığa da toxunub. Onun sözlərinə görə, Polşa və Azərbaycan şirkətləri arasında yeni əməkdaşlıq sahələri yaranıb və pozitiv inkişafı təmin olunub.
Daha sonra xarici şirkət nümayəndələri ekoloji sağlamlığın təmin olunması üçün yaradılan texnologiyaları nümayiş etdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB