“Əlillərin həyatında müsbət dəyişikliklər”

“Əlillərin həyatında müsbət dəyişikliklər”

Bu gün "Əlilliyə erkən yardım Portec şəbəkəsi" İctimai Birliyi "Əlilliyi olan insanların həyatında müsbət dəyişikliklər" layihəsi çərçivəsində dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, İB-nin sədri Gülarə Teymurova çıxışında qeyd edib ki, portec proqramı- inkişafdan qalan uşaqlar üçün erkən müdaxilə sistemidir: "Bu, məktəbəqədər yaşda uşaqların ehtiyaclarını qarşılamaq üçün xüsusi hazırlanan həftəlik evə başçəkmə xidmətidir. Valideynlər tam olaraq təlim prosesinə cəlb olunublar".

Sədr onu da qeyd edib ki, 12 ay ərzində layihə çərçivəsində 60 nəfər əlilliyi olan uşağa Portec sistemi ilə xidmət göstərilir: "Bunun üçün 30 nəfərdən ibarət işçi qrupu fəaliyyət göstərir".

Məlumat üçün bildirək ki, Azərbaycanda əlilliyi olan 420 000 min nəfər qeydə alınıb, onlardan 60 minə yaxın ( 59 640) əlilliyi olan uşaqlardır. Həmin uşaqlardan 1105 nəfər xüsusi məktəblərdə, 2664-ü isə internat məktəblərində təhsilə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə