AZAL reysləri dayandıracaq

Sabahdan "Azərbaycan Hava Yolları" Şotlandiyanın Aberdin şəhərinə olan müntəzəm sərnişin reyslərini dayandıracaq. Qurumdan SİA-ya verilən məlumat görə, reysin dayandırılması Aviaşirkətin Londona şəhərinə həyata keçirilən uçuşlarının gündəlik rejimə keçirilməsi ilə əlaqədardır. Azərbaycan və Böyük Britaniya arasında bağlanmış ölkələrarası sazişə əsasən hər iki tərəfdən həftədə 7 uçuşun həyata keçirilməsinə icazə verilir. Aviaşirkət Aberdin reysi ilə səyahət etmiş bütün sərnişinlərinə öz təşəkkürünü bildirir və yaranmış narahatçılığa görə üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə