VHP yaranmasının 20 ili tamam olur

VHP yaranmasının 20 ili tamam olur

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının yaranmasının 20 ili tamam olur. SİA-nın məlumatına görə, partiya ilk qurultayını 1992-ci il sentyabrın 26-da keçirib.

VHP 20 ildir Milli Birlik və Vətəndaş Həmrəyliyi ideyasını ölkənin yeganə nicat yolu kimi təbliğ edir. Partiya 1995, 2000, 2005 və 2010-cu illər parlament və bütün bələdiyyə seçkilərində iştirak edib, bütün çağırışlarda Milli Məclisdə təmsil olunub. Hazırda Milli Məclisdə 3 deputatı, müxtəlif bələdiyyələrdə isə 115 bələdiyyə üzvü var. 2003-cü ildə partiyanın sədri S. Rüstəmxanlı Azərbaycan Respublikası Prezidentliyinə namizədlərdən biri olub. VHP bu günə kimi özünün 5 qurultayını keçirib. Hazırda partiyanın respublikanın 80 rayonunda yerli rayon və şəhər təşkilatı fəaliyyət göstərir. Partiya 26 mindən çox üzvü olduğunu bəyan edir.

Bütün xəbərlər Facebook səhifəmizdə