"Xəzər həftəsi"nin yüksək səviyyədə qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 24–30 sentyabrı əhatə etməklə xüsusi tədbirlər planı hazırlayaraq ardıcıllıqla həyata keçirir. SİA-nın məlumatına görə, bu gün Bakı şəhəri Səbail rayonunun 51 saylı orta məktəbində "Xəzər həftəsi" ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən Nazirliyin mütəxəssisləri "Beynəlxalq Dəniz günü"nün məqsədi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülən işlər barədə şagirdlərə məlumat vermiş, onları maraqlandıran sualları cavablandırıblar.
Sonda məktəbə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı təbliğat xarakterli video çarxlar təqdim olunub.
Məlumat üçün bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il "Beynəlxalq dəniz həftəsi" çərçivəsində ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
Qeyd edək ki, "Xəzər həftəsi"nin qeyd olunması məqsədilə müvafiq tədbirlər Respublikanın Xəzərsahili şəhər və rayonlarının orta təhsil müəssisələrində də keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB