ARGTMŞ beynəlxalq tədbirdə iştirak edib

ARGTMŞ beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Şurasının Beynəlxalq Gənclər tədbirində iştirak etdi

ARGTMŞ-nin sədri və sədr müavinindən ibarət nümayəndə heyəti Sankt-Peterburq şəhərində təşkil olunmuş, 22-23 sentyabr 2012-ci il tarixlərində gənclərin görüşündə və 24-25 sentyabr 2012-ci il tarixlərində IX Avropa Şurası ölkələrinin Gənclər Nazirlər Konfransında iştirak edib. Şuradan SİA-ya verilən məlumata görə, ARGTMŞ-nın sədri Şahin Seyidzadə qeyd edib ki, görüşdə Avropa Şurasının 25 dövlətindən milli və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə, həmçinin gənclər siyasətinə milli səviyyədə cavabdeh olan qurumların rəhbərləri iştirak edib. Avropa şurasında Avropa çərçivəsində gənclərin məşğulluğu, demokratiya və gənclərin hüquqlarının qorunması, mədəniyyət mübadiləsi, gənclərin mobilliyi və məlumat əldə etməsi sahəsində gənclər siyasətinin təkmilləşdirilməsi müzakirə olunub.

Görüş zamanı həmçinin Avropa Gənclər Forumunun prezidenti Piter Matyaşiçlə Avropa Gənclər Forumu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə layihələrinin reallaşdırılması, həmçinin ARGT MŞ-nın Azərbaycan gənclər siyasətinin inkişafını dəstəkləməsində rolunun inkişafı strategiyasında baxışı sahəsində fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası – bu ictimai birlik, 1995 – ci ildə yaranaraq 70 gənclər təşkilatını birləşdirir. Avropa Gənclər Forumunun tamhüquqlu üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə