"Bu gün bu tədbirin keçirilməsi artıq ənənə halını alıb. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə ikinci dəfədir ki, Sumqayıtda "Şəhər günü" qeyd edilir. Bu gün Sumqayıt nümunəvi şəhər kimi ölkə gündəmindədir". SİA-nın xəbərinə görə, bu sözləri Sumqayıt şəhər İcra Hakimiyətinin başçısı Eldar Əzizov deyib.
İcra başçısı qeyd edib ki, bu gün Sumqayıt şəhəri prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində daha da inkişaf edir: "Bir sözlə adı çəkilən bu şəhər yüksək nümayiş tempi sərgiləyir."
E. Əzizov həmçinin onu da qeyd edib ki, bu il Sumqayıtda ümumdaxili məhsulun artımı 40%dən çox olub: "Sevindirici bir haldır ki, Sumqayıt günü-gündən inkişaf edir və 10 minlərlə insan bu tədbirə qatılıb".
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB