"Mən bu gün Sumqayıt vətəndaşı kimi bu tədbirdən çox zövq aldım. Sumqayıtın çox gözəl tarixi ənənələri olub. Ulu Öndər Heydər Əliyevin zamanında Sumqayıt Respublikanın ən gözəl və abad şəhərlərindən biri idi". SİA-nın xəbərinə görə, bu sözləri baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Sumqayıtda keçirilən "Şəhər günü"ndə qeyd edib.
Komitə sədri qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin dövlət və hökumət məmurları qarşısında qoyduğu tapşırıq, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən çox yüksək səviyyədə həyata keçirilib: "Bir məqamı da qeyd edim ki, ulu öndər Heydər Əliyev respublika əhəmiyyətli kadrların hamısını Sumqayıtda sınaqdan keçirib, daha sonra Bakıya gətirib. Hesab edirəm ki, Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu bu ənənələri uğurla davam etidirir. Mən 45 ildir bu şəhərdə yaşayıram və mən fəxr edirəm ki, sumqayıtlıyam".
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB