Bu gün BMM-də "Azərbaycanda media mühiti: mövcud durum, yeni çağırışlar" mövzusunda konfransın ikinci günü davam edib. SİA-nın xəbərinə görə, konfrans "Etik jurnalistika təşəbbüsləri - Azərbaycan" layihəsi çərçivəsində Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir. Konfrasın ikinci günüdə mövzu "Demokratik medianın inkişaf etdirilməsində jurnalist ittifaqının rolu" olub.
Britaniya Milli Jurnalistlər Birliyinin eksperti Arjuman Vajidin jurnalist ittifaqları haqında fkirlərini səsləndirib. Bildirib ki, jurnalist ittifaqları jurnalistlərin hüququnun qorunması üçün mübarizə aparır. Gender bərabərliyinin təmin olunması üçün şərait yaradır.
Çıxışçı məşhurların şəxsi həyatı barədə qeyri-qanuni yayımların verilməsi barədə öz mülahizələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin bildirib ki, bəzi ölkələrdə ikili standartlar var və bunun qarşısını almaq lazımdır.
Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu mövzu üzrə çıxışında bildirib ki, jurnalsit təşkilatları bu sahə üzrə hələ tam formalaşmayıb. Medianın inkişafı biz jurnalistləri maraqlandırdığı kimi bəzi dairələri də maraqlandırır. KİV-ə küllü miqdarda vəsait ayrılıb. 3 milyon manat lazımdır ki, yayım bazarını yüksək səviyyəyə qaldıraq.
Qeyd edək ki, konfransda Azərbaycanda media azadlığı və təhlükəsizliyi, mövcud durum və yeni çağırışlar, ictimai yayım sahəsində yeni çağırışlar, demokratik medianın inkişaf etdirilməsində jurnalist ittifaqlarının rolu və sair mövzular müzakirə edilib.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB