Bu gün Təhsil Nazirliyinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin, Dünya Azərbaycanlı Gənclər Birliyinin və "Gənclərin Həmrəyliyinə Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Ölkədaxili turizmin inkişafı" layihəsinin icrasına başlanılmasına həsr olunmuş mərasim keçirilir. SİA-nın verdiyi xəbərə görə, bu layihənin reallaşdırılmasının başlıca məqsədi Azərbaycanın mədəni irsinin qorunması, ölkəmizin tarixi, mədəniyyəti, coğrafiyası, iqtisadi inkişafı, sülh və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində təbliğat işlərinin aparılmasıdır.
Layihənin məqsədi gənc və yeniyetmələrlə vətənə, xalqa, milli-mənəvi tərbiyəni daha da gücləndirmək, ekoloji tərbiyəni gücləndirmək, diyarşünaslığı və turizmi inkişaf etdirmək, gənc və yeniyetmələri azərbaycançılıq ruhunda tərbiyə etməkdir. Bununla yanaşı turist ustalarını artırmaq, asudə vaxtlarını səmərəli keçirmək və dövlətə layiqli vətəndaş yetişdirmək məqsədilə təşkil olunan layihə 2012 və 2013-cü illərin sentyabr ayınadək davam edəcək.
Qeyd edək ki, işçi qrupunun yaranmsının əsas məqsədi 26 sentyabr 2012-ci ildən, 2013-cü il sentyabrın 15-dək Bakı şəhərinin 11 rayonu üzrə hər rayonundan 3 nümayəndəninin seçilməsidir. 33 nəfər könüllü 10-16 yaşarası məktəblilərdən, 10 nəfər könüllü idarə heyəti isə 16-19 yaşarası tələbələrdən seçilir.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB