Bakı 2 gün susuz qalacaq

Bu gün və sabah paytaxtın Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" ASC-nin Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məhdudiyyətlərə səbəb istehlakçıların içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə "+ 69 Şərq" su anbarında əsaslı yenidənqurma və genişləndirmə işləri aparılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə