Bakıda və Abşeron yarımadasında bu gün havanın tutulub açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Hava şəraitinin qısa icmalına gəlincə sabaha qədər Respublika ərazisində payız havası davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB