23-29 sentyabr tarixləri arası Afrika İttifaqının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin ölkəmizə səfəri baş tutub. SİA-nın xəbərinə görə, səfər Azərbaycanın Misirdəki səfirliyi, Afrika İttifaqı yanında müşahidə missiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Səfər çərçivəsində Afrika İttifaqı Komissiyasının əməkdaşları və Efiopiya, Kamerun, Misir, Benin, Svazilend, Keniya, Sudan, Nigeriya, Qabon, Mozambik və s. ölkələrin nümayəndələri "İRƏLİ" İctimai Birliyinin nümayəndələri ilə görüşüblər.
Görüşdə "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev, birliyin baş katibi Nərmin Məmmədova, Nəzarət Komissiyasının sədri Xəqani Fərəcov, "İRƏLİ" İdarə Heyətinin nümayəndələri Elsanə Babaşova, Cavid Osmanlı, mərkəz rəhbərləri iştirak ediblər. "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev qonaqları salamlayaraq birliyin fəaliyyəti, strukturu, baş tutan layihələr və gələcəkdə görüləcək işlər haqda ətraflı məlumat verib. "İRƏLİ" üzvlərinin beynəlxalq tədbirlərdə müntəzəm iştirakını vurğulayan Rauf Mərdiyev xarici ölkə gəncləri ilə əməkdaşlıq və ortaq layihələrdən söhbət açıb. Eyni zamanda qonaqlara "İRƏLİ"nin fəaliyyətini əks etdirən təqdimat göstərilib.
Daha sonra Afrika nümayəndə heyətinin rəhbəri xanım Ngvenya öz təşkilatları barədə məlumat verib. Xanım Ngvenya əməkdaşlıq istiqamətlərindən danışaraq gələcəkdə "İRƏLİ" ilə ortaq layihələrin həyata keçirilməsindən məmnun olacaqlarını bildirib. Görüş qarşılıqlı diskussiya şəklində davam edib, birgə əməkdaşlıq çərçivəsində görüləcək layihələr müzakirə olunub və qonaqları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB