Mirhəmzə Əfəndiyev Niderland Krallığına, Fuad İsgəndərov isə Belçika Krallığına səfir göndərilib
Azərbaycan prezidenti İlham Əliyev Emin Yaqub oğlu Eyyubovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Emin Eyyubov Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında nümayəndəliyin başçısı vəzifələrindən geri çağırılıb.
İlham Əliyevin digər sərəncamı ilə Arif Zahid oğlu Məmmədov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Prezidentin daha bir sərəncamına əsasən Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın Niderland Krallığında səfiri və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. F.İsgəndərov Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı təyin olunub.
Dövlət başçısı həmçinin Mirhəmzə Nazim oğlu Əfəndiyevin Azərbaycanın Niderland Krallığında yeni fövqəladə və səlahiyyətli səfiri postuna, Qabriel Valentin Komaneskunun isə Rumıniyanın Konstansa şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında təyin olunması haqqında sərəncamlar imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB