Bu gün Milli Məclisin (MM) Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, komitə sədri, MM sədrinin I müavini Ziyafət Əsgərov yeni hazırlanan qanun layihələri barədə ətraflı məlumat verib. O bildirib ki, parlamentdə "Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsi hazırlanır. Qanun layihəsi parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin payız sessiyasının qanunvericilik işləri planına salınıb. O bildirib ki, "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsində hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatı məsələləri daha geniş əksini tapacaq. "Hərbi qulluqçuların statusu haqqında" mövcud qanun ötən əsrin 90-cı illərində qəbul olunub və təkmilləşdirilməsinə ciddi ehtiyac var.
Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc isə qeyd edib ki, parlamentdə "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" qanun qəbul ediləcək. Onun sözlərinə görə, qanun özündə Müdafiə Nazirliyindən başqa digər qurumların tabeçiliyində olan qoşun növləri ilə bağlı məsələlər əhatə olunacaq. Bu qanun Silahlı Qüvvələr dedikdə onun əhatə dairəsinə daxil olan strukturları - dövlət qurumları ilə bağlı məsələləri özündə əks etdirəcək.
İclasın davamında müzakirələrdən sonra deputatlar yaz və növbədənkənar sessiyaların işlər planını təsdiqləyiblər. İclasda parlamentin yaz və növbədənkənar sessiyalarında görülən işlərin hesabatı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB