"Azərbaycanın paytaxtı Bakıda "Qlobus" adlanan fırlanan kompleksin tikintisi nəzərdə tutulub. Bu layihənin hazırlanmasına 7 il vaxt sərf olunub". Bu barədə SİA-ya açıqlamasında qeyri-adi ixtira və rəmzi simvolik əsərlər müəllifi olan Məcid Namazov məlumat verib. O bildirib ki, dünyanın 8-ci möcüzəsi hesab olunacaq və Yer planetinin mənzərəsini əks etdirən dünya muzeyi unikal və orijinal binadır. Yeni tikiləcək bu bina Azərbaycan arxitekturasına xas olacaq fırlanan binadır. Binanın hündürlüyü 50 metr, diametri isə 50 metr olacaq.
Onun sözlərinə görə, tikilidə tətbiq edilən fırlanma mexanizmi binanın xaricində meridian boyunca qövsvari olaraq yuxarı aşağı hərəkət edir və kürə fırlanır. "Bunun vasitəsilə istədiyimiz coğrafi ərazini müşahidə edə bilərik. Bir saat fırlanan kürə səyahətdən sonra aşağı, kürənin daxilinə enir. Kürənin daxilində iki lift işləyir və iki vintvari pilləkəni var. Kürənin daxilində yerin yeddi qatı və nüvə fantaziyasının dizaynı göstərilir. Bu dizayn arasında 6 mərtəbə yerləşəcək. Hər mərtəbə bir funksiya daşıyır. Birinci mərtəbə Antarktida aysberq fantazisiyası olacaq. Buzabənzər döşəmə aysberqdən stol-stul, Azərbaycanın qədim tarixi milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, mətbəxi əks olunacaq. Bu zəngin mətbəxin bir hissəsində qonaqlara çay dəstgahı təşkil olunacaq. İkinci mərtəbə Azərbaycanın tarixi şəxsiyyətləri, Qobustan qayalığından tutmuş qədim tarixi zəngin mədəniyyəti göstəriləcək. Üçüncü mərtəbə dünya dövlətlərinə ayrılmış guşələrdə xalqların milli mənəvi dəyərləri, dördüncü mərtəbə tarixi fenomen şəxslərin, dövlət qurucularının, qanunlar yaratmış, dünya xalqlarına rifah gətirmiş fenomen liderlərin - ulu öndər Heydər Əliyev, Mustafa Kamal Atatürk, Ruzvelt, Çörçill, Napaleon, Şah İsmayıl Xətai, Babək, Makedoniyalı İsgəndər haqqında məlumatlar öz əksini tapacaq. Növbəti mərhələdə isə bizim nə qədər dünyəvi xalq olduğumuz göstəriləcək. Bu mərtəbədə 4 səmavi dinin, səmavi ədəbiyyatların sərgisi keçiriləcək, bütün peyğəmbərlərin həyatı haqqnda məlumatlar yerləşdiriləcək. Qövsvari Şimal Buzlu okeanı fantaziyasının olacağı altıncı mərtəbədə astronomiya elmi, səma cisimləri haqqında tam məlumatlar və müxtəlif ölçülü teleskoplar yerləşəcək. Binanın zirvəsində diametri 30 metr olacaq meydança olacaq. Meydança gecəni və gündüzü əks etdirəcək 6, 9 rəqəmin ağ və qara rəngində bütün dünya dövlətlərinin bayraqları həmin mexanizm və çevrə boyunca bir-birinin önündə hərəkət edəcək. Yəni, bütün dünya dövlətləri bir-biri ilə iqtisadi-siyasi əlaqədədir. Mərkəzdə Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq. Bu binaya maraqlı gəzinti 3 saat davam edəcək - bir saat xaricdən, iki saat daxildən. Hər mərtəbədə kiçik kofe-çay xidməti olacaq. Bu proyekt Xəzər dənizinin içində yerləşəcək".
Onun sözlərinə görə, prezidentimiz İlham Əliyevin göstərişi ilə layihə Azərbaycan Milli Elmlər Akademiyasında müzakirə olunub. Bu binanın tikilməsi yüksək qiymətləndirilib və həyata keçirilməsi çox vacib hesab edilib. Milli dəbdə, şərq-qərb üslubunda qövsvari tikiləcək dənizkənarı istirahət parkı qızıl üzüyün qövsü, dənizin içində tikiləcək qlobus - fırlanan bina isə simvolik olaraq üzüyün brilyant qaşı olacaq. İlahi qüvvə Bakı şəhərinin buxtasını qlobus üçün qövsvari yaradıbsa, Bakı buxtası üçün də qlobus şəkilli fırlanan bina yaradılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə