Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi konfrans zalında "Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı"adlı layihənin təqdimat mərasimi keçirəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd, qeyd olunan birgə layihənin ictimai təqdimatını təşkil etmək və gənclərin qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında iştirakı sahəsindəki mövcud vəziyyət və gələcək imkanlar barədə müzakirələr aparmaqdır.
Tədbirdə Azərbaycan Hökumətinin, beynəlxalq təşkilatların və tərəfdaş milli QHT-lərin nümayəndələri, millət vəkilləri, həmçinin özəl sektor təmsilçilərinin iştirakı nəzərdə tutulur. Təqdimat mərasimində layihənin konsepsiyası və planlaşdırılan fəaliyyətlər, o cümlədən, qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakına ictimai və dövlət dəstəyinin göstərilməsi planlaşdırılır. Həmçinin layihənin icrasında qeyri-hökumət təşkilatlarının iştirakı, dövlət və gənclər təşkilatlarının əməkdaşlığı və layihə çərçivəsində BMT Təhlükəsizlik Şurasının gənclər üçün simulyasiya modelinin yaradılması istiqamətində görüləcək fəaliyyətlər barədə çıxışlar və müzakirələr təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB