Qanunsuz miqrantlar...

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən sentyabrın 17-dən 21-dək Bakı şəhərində, həmçinin Biləsuvar, Lerik və Masallı rayonlarında qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib. Bu barədə SİA-ya DMX-dən məlumat verilib.

Keçirilən tədbirlər nəticəsində Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 49 əcnəbi aşkar edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.

DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə