Almaniyada Azərbaycan cəmiyyəti futbol turniri keçirib
Almaniyanın Şlesviq-Holsştayn torpağının Norderştedt şəhərində "Buta" Azərbaycan-Alman cəmiyyətinin təşkilatçılığı ilə mini futbol turniri keçirilib. Qeyd edək ki, yarandığı qısa müddət ərzində bu cəmiyyətin keçirdiyi ikinci turnirdir. Turnirin "2-ci Buta kuboku"adı da bundan xəbər verir. Bu dəfəki turnir şəhər bələdiyyəsinin təşkil etdiyi Beynəlxalq Mədəniyyətlər Həftəsi(İnterkulturelle Woche) çərçivəsində Azərbaycanın təqdimatı rolunu da həyata keçirirdi.
Maraqlı və gərgin keçən turnirin yekununda "ikihakimiyyətlilik" yaranıb. İnternational-Bundç Lübek, Kiel, Alex-Elmshorn komandalarını qabaqlayan Bakı və Turan komandaları eyni xal toplayaraq liderliyə yüksəliblər. Nəticədə hakimlər yalnız vurduğu topların say çoxluğuna görə, birinci yer Bakı komandasına verilib. Beləliklə "İkinci Buta kuboku" Bakı-ya qismət olub. İkinci yer Turana qismət olub. 3-cü yerə isə İnternational-Bund komandası çıxıb. Turanın futbolçusu Namiq ən yaxşı oyunçu, İnternational-Bund-un qapıçısı Amiar isə ən yaxşı qapıçı mükafatlarına layiq görülüblər.
Şahin Abasov
SİA-nın Almaniyadakı müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB