Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramının icrası çərçivəsində regionlarda gənclərin intellektual klublar yaradılması istiqamətində işlər davam etdirilir. Azərbaycan İntellektual Oyunlar Federasiyası Sabirabad rayon Gənclər və İdman idarəsi ilə birgə şənbə günü Sabirabadda Nə? Harada? Nə zaman? oyunu üzrə turnir təşkil etdilər.
4 komandanın iştirak etdiyi yarışda 8 saylı orta məktəbin "Number one" komandası qalib gəldi. Sabirabad rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyevin sözlərinə görə, intellektual oyunlar üzrə yarışlar rayonda mütəmadi olaraq hər şənbə günü təşkil olunacaq. O, növbəti yarışda daha çox sayda komandanın iştirakının gözlənildiyini vurğuladı.
Qeyd edək ki, Azərbaycan İntellektual Oyunlar Federasiyasının dəstəyi ilə Quba, Beyləqan, Biləsuvar, Sabirabad və Göygöldə Göygöldə intellektual klublar yaradılıb. Tezliklə digər regionlarda da intellektual klubların yaradılması gözlənilir.
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB