Ermənistanın Azərbaycana 431,5 milyard $ borcu var

Ermənistanın Azərbaycana 431,5 milyard $ borcu var

Məlum olduğu kimi Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları işğal etdiyi zaman Azərbaycana külli miqdarda maddi və mənəvi ziyan vurub. Məsələ ilə bağlı müxtəlif vaxtlarda rəsmi dairələr rəqəmlər səsləndirsələr də yekun rəyə gəlmək bir az çətinlik törədirdi. SİA-nın verdiyi məlumata görə artıq İqtisadi İnkişaf Nazirliyi (İİN) Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən ümumi ziyanı hesablayıb.

Bu barədə İİN dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini Natiq Həsənov məlumat verib. N.Həsənov deyib ki, işğal nəticəsində Azərbaycana dəyən ümumi ziyan 431,5 milyard ABŞ dolları həcmindədir: "Bu rəqəm ayrı-ayrı nazirliklərin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və digər dövlət qurumlarının, həmçinin İqtisadi İnkişaf Nazirliyinin məlumatları əsasında hazırlanıb".

N.Həsənov qeyd edib ki, işğal nəticəsində dəyən ziyanın hesablanması prosesi davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə