Qan Donorları Assosiasiyası" İctimai Birliyi və "İRƏLİ" İdman Mərkəzinin birgə təşkilatçılığı və İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi ilə 18-21 oktyabr tarixləri arasında İsmayıllı rayonunun Buynuz kəndində gənclər üçün "Alfa Ekstrim–İsmayıllı" düşərgəsi keçiriləcək. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, layihə gənc donorlar və donorluğa marağı olan 14-29 yaş arası şəxslərin iştirakı üçün nəzərdə tutulub.
Layihə ekstremal şəraitdə, İsmayıllı rayonunun Buynuz kəndi ərazisində,18-21 oktyabr tarixləri arasında baş tutacaq. Düşərgə müddətində iştirakçılara İlk tibbi yardım, Donorluq, Şəbəkələşmə, Start-up layihələr, Layihələrin idarə olunması və digər mövzularda təlimlər keçiriləcək.
Eyni zamanda düşərgə müddətində iştirakçılar ekstremal idman növləri haqqında məlumatlandırılacaq və İsmayıllı rayonu ərazisinə ekskursiya edəcəklər. Layihədə iştirak etmək istəyən şəxslər 14.10.2012-ci il tarixinədək "İRƏLİ"nin rəsmi saytında (www.ireli.az) yerləşdirilən elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclər arasında donorluq ideyası və sağlam həyat tərzinin təbliği, gənc donorlardan ibarət şəbəkənin yaradılması, donor olan gənclərin mövzu ilə bağlı biliklərinin artırılmasından ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB