“Qarabağ Mərkəzi” canlı əfsanə ilə görüşəcək

“Qarabağ Mərkəzi” canlı əfsanə ilə görüşəcək

Cari ilin mayında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nəzdində fəaliyyətə başlamış "Qarabağ Mərkəzi" təqdimat tədbirini reallaşdıracaq. Qurumdan SİA-ya verilən məlumata görə, "Qarabağ Mərkəzi" Qarabağ müharibəsinin iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri İbad Hüseynovla görüş keçirəcək. Xatırladırıq ki, İbad Hüseynov 1993-cü il 12 iyun tarixində erməni terrorçusu Monte Melkonyanı Ağdamda öldürməsi ilə məhşurdur. Onun bu şücaəti haqda 2010-cu ildə "Əsgər" filmi lentə alınıb.

Əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanamsı olan görüşdə qəhraman İbad Hüseynov tələbə-gənclərlə öz döyüş xatirələrini bölüşəcək, onların suallarını cavablandıracaq. Bu görüşdə gənclər Qarabağ müharibəsinin canlı əfsanəsi ilə tanış olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, ATGTİ-nin "Qarabağ Mərkəzi" bu cür görüşləri silsilə şəkildə ayda bir dəfə keçiriməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə