27-28 sentyabr tarixlərdə Bakıda "Körpülərin Salınması" adlı beynəlxalq konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, tədbir Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə baş tutacaq.
Tərəfdaş təşkilat olan Avropa Məsələləri üzrə İnstitut (İNEA) 1995-ci ildə təsis edilib və həmin vaxtdan Avropa məkanında və Avropa Birliyinin maraq göstərdiyi bölgələrdə qarşılıqlı anlaşma və birgə fəaliyyət naminə təşəbbüsləri irəli sürür. Bu fəaliyyətin əsas məqsədi Avropa siyasətçiləri arasında sıx təmas yaratmaq və beləliklə mövcud problem və gərginlikləri aradan qaldırmaqdır. Eyni zamanda tərəfdaşımız işgüzar dairələr və siyasətçilər arasındada körpü salmaq və qarşılıqlı anlaşmaya xidmət edir. İnstitutun rəhbərliyi və İdarə Heyətində təmsil edilən nüfuzlu və tanınmış şəxslər qarşıda qoyulan vəzifələrə inamla nail olmaq imkanını təsbit edir.
AVCİYA və İNEA arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən hazırlanan beynəlxalq konfrans Avropa xalqlarının 40 yaxın yüksək rütbəli nümayəndələrini bir araya gətirməli və siyasət, iqtisadiyyat, idman və elm-təhsil sahələrini əhatə etməklə, adı çəkilən sahələrdə Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın artmasına, qarşılıqlı anlaşma və etibarın yüksəlməsinə əməli səbəb olmalıdır.
Yerli dövlət və hökumət nümayəndələrinin də qatılacağı tədbirdə, konfrans iştirakçıları sırasında Avropa ölkələrində fəaliyyətdə olan siyasətçilər, həm də keçmiş dövlət məmurları, deputatlar, nazirlər və digər hökumət üzvləri, eləcə də Avropa Birliyi strukturlarının fəaliyyətdə olan və ya keçmiş məmurları da var. İqisadiyyat, elm və idman sahələrin də tanınmış xadimlərin konfransın müvafiq bölmələrinin işində təmsil olunacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB