Şəhər şossesində aparılan yenidənqurma işləri başa çatıb FOTO

Sabunçu qovşağından Zabrat dairəsindək olan hissə təmir olunub
Şəhər şossesində aparılan yenidənqurma işləri başa çatıb FOTO

Şəhər şossesinin Sabunçu qovşağından Zabrat dairəsinədək olan hissəsində yenidənqurma işləri başa çatıb. Uzunluğu 6,3 km olan yol 3 gediş - 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarətdir. SİA-nın "Azəryolservis"in rəsmi saytına istinadən verdiyi məlumata görə, yol boyu zəruri olan ərazilərdə kommunikasiya xətləri dəyişdirilib, kommunikasiya quyularının beton örtükləri, baxış qapaqları yenisi ilə əvəzlənib, 3 laydan ibarət asfalt-beton örtük vurulub, xətlənmə işləri ilə yanaşı müxtəlif yol nişanı, o cümlədən istiqamət və məlumatverici lövhələr quraşdırılıb. Eyni zamanda Zabrat dairəsindən Maştağa yolötürücüsünə qədər olan hissə də təmir olunub.

Qeyd edək ki, yolun əsaslı şəkildə yenidən qurulması Bakı şəhərinin Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı, Məhəmmədli qəsəbələrinin nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına və şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal gedişinə şərait yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə